Haqqımızda
Aerokosmik Modelçilik Festivalı ilə gənc mühəndisləri və innovatorları dəstəkləyərək Azərbaycanın aerokosmik sahəsində yeni nailiyyətlərə imza atırıq.
Festivalımız
Aerokosmik Modelçilik Festivalı "Yeni üfüqlərə doğru" şüarı altında keçirilən, aerokosmik texnologiya, tədqiqat və əməkdaşlıq sahələrində innovasiyaları dəstəkləyən və gənc mühəndislər ilə innovatorları bir araya gətirən unikal bir platformadır.
Məqsədimiz
Bizim əsas məqsədimiz aerokosmik sahədə gəncləri cəlb etmək, onlara bu sahəni praktiki şəkildə öyrənmələrinə imkan yaratmaq və Azərbaycanda aerokosmik sahənin inkişafına töhfə verməkdir.
Nailiyyətlər
Aerokosmik Modelçilik Festivalı qısa müddətdə öz əhəmiyyətini sübut etmiş və böyük bir uğura imza atmışdır. Festival, İRİA – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "IDDA AWARDS 2024" müsabiqəsində "İlin Texnologiya Tədbiri" nominasiyasında I yerə layiq görülmüşdür.