Məqsədimiz
Festivalın əsas məqsədi aerokosmik sahədə innovativ gənclərin potensialını üzə çıxarmaq, roket və peyk modelçiliyi idmanını cəmiyyətdə kütləviləşdirmək və inkişaf etdirmək, həmçinin bu texniki idman növünün sağlam həyat tərzinin formalaşmasında rolunu gücləndirməkdən ibarətdir.
Bu istiqamətdə festival gəncləri elm və texnologiya sahəsində fəal olmağa həvəsləndirir, onlara yaradıcı ideyalarını reallaşdırmaq üçün ilham verir.
Nəticə etibarilə, Aerokosmik Modelçilik Festivalı ölkəmizdə aerokosmik sahənin davamlı inkişafına və texnoloji yaradıcılığın təşviqinə uzunmüddətli töhfə verməyi qarşısına məqsəd qoyur.
